İyulun 20-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib. Azərtac xəbər verir ki, Ağdam təmsilçisi səfərdə “Jos Nosbaum” stadionunda Lüksemburqun “F91 Düdelanj” komandasının qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 36-cı dəqiqəsində “Qarabağ”ın qapısına təyin olunmuş penalti zərbəsini dəf edən İbrahim Şehiç rəqib komandanın hesabı açmasına imkan verməyib. Komandaların cəhdlərinə baxmayaraq, ilk hissədə hesab açılmayıb. Görüşün 76-cı dəqiqəsində “F91 Düdelanj” komandasının futbolçusu Momar Ndiaye hesabı açıb. Matçın əsas vaxtına əlavə olunan hissənin sonuncu dəqiqəsində “Qarabağ”ın futbolçusu Reynaldo bərabərlik topunu vurub. Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…