“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində

13 Oktyabr 2022 13:20

Xəbər 250 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.Bu Ağdam təmsilçisinin Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Yunanıstanın “Olimpiakos” komandası ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.Xallarının sayını 7-yə çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib.xeber100.com