“Qarabağ” klubu yarımmüdafiəçi ilə yollarını ayırıb

17 May 2018 12:25

Xəbər 882 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu yarımmüdafiəçi Əfran İsmayılov ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, müqaviləsi bu mövsümün sonunda başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun sonuncu məşqinə qatılmayıb.Xatırladaq ki, 2006-2013-cü illərdə də “Qarabağ”ın şərəfini qoruyan Ə.İsmayılov 2015-ci ildən Ağdam klubunda çıxış edirdi.”Qarabağ” bundan əvvəl braziliyalı yarımmüdafiəçi Pedro Enrike ilə də yollarını ayırıb. 30 yaşlı yarımmüdafiəçi klubla başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: “Həm ölkə daxilindən, həm də xaricdən təkliflər var. Hazırda şəxsi məsələlərə məşğulam. Yaxın vaxtlarda qərarımı verəcəyəm”.xeber100.com