Martın 14-də Topaz Premyer Liqasının XXII turunun ikinci günündə “Qarabağ” komandası çempionatın autsayderi olan “AZAL” klubunu 1:0 hesabı ilə məğlub edib.Azərtac xəbər verir ki, “Azərsun Arena”da keçirilən oyunu baş hakim Rəhim Həsənov idarə edib.Oyunun ilk hissəsində “Qarabağ” rəqib komandanın qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, bu imkandan yararlana bilməyib. Ağdamlılar oyunun taleyini yalnız matçın 68-ci dəqiqəsində həll ediblər. Dino Ndlov “Qarabağ”ı hesabda irəli çıxarıb. Qalan dəqiqələrdə oyunda əlavə qol olmayıb və matç “Qarabağ” komandasının qələbəsi ilə başa çatıb -1:0.Bu oyundan sonra “Qarabağ” komandası xallarının sayını 48-ə çatdırıb. Çempionatın lideri “Qəbələ” komandası turun sonuncu görüşündə Bakıda “Neftçi”yə qalib gələ bilməsə, “Qarabağ” turnir cədvəlində birinci sıraya yüksələcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…