“Qarabağ” komandası ilk oyununu keçirib

13 Sentyabr 2017 12:07

Xəbər 1079 dəfə oxunub

Sentyabrın 12-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinə start verilib.Azərtac xəbər verir ki, qrup mərhələsinin “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası qitənin ən nüfuzlu klub turnirində keçirdiyi ilk oyunda Londonda “Çelsi” klubunun qonağı olub. Oyun “Çelsi” komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.“Stamford Bridc” stadionunda keçirilən matçı yunanıstanlı Tasos Sidiropoulosun başçılıq etdiyi hakimlər briqadası idarə edib.Ağdam təmsilçisinin start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Yakub Jezniçak, Bədavi Hüseynov və Donald Gerye yer alıblar.xeber100.com