“Qarabağ” komandası UEFA-nın reytinq cədvəlində mövqeyini dəyişib

5 Noyabr 2016 15:39

Xəbər 799 dəfə oxunub

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin IV turunda Yunanıstanın “PAOK” klubunu 1:0 hesabı ilə məğlub edən Ağdamın “Qarabağ” komandasının UEFA-nın reytinq cədvəlində mövqeyi dəyişib. Azərtac xəbər verir ki, komandamız 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb. “Qarabağ” bununla da ilk yüzlükdə qərarlaşan birinci Azərbaycan klubu olub.xeber100.com