“Qarabağ” – “Kopenhagen” qarşılaşmasının tarixi məlum olub

10 Avqust 2017 10:40

Xəbər 855 dəfə oxunub

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix məlum olub.Azərtac xəbər verir ki, azarkeşlər avqustun 12-dən etibarən biletləri matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə biləcəklər.Biletlərin qiyməti sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manat olacaq.Avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.xeber100.com