“Qarabağ”–“Roma” oyunu başa çatıb

28 Sentyabr 2017 12:20

Xəbər 1210 dəfə oxunub

“Qarabağ” komandası qarşılaşmanın ikinci hissəsində daha yaxşı oyun nümayiş etdirsə də, hesab dəyişməyib.Beləliklə, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”–“Roma” oyunu italiyalıların minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:2.

20:30

Matçın 28-ci dəqiqəsində “Qarabağ” komandası hesab arasındakı fərqi azaldıb. Dino Ndlovu pressinq nəticəsində rəqib müdafiəçidən topu alaraq Pedro Enrikəyə ötürmə edib. Gözəl ötürmədən sonra qapıçı ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə ilə “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu qapıdan keçirib – 1:2.

20:16

Matçın 15-ci dəqiqəsində “Roma” komandası hesab arasındakı fərqi artırıb. El Şaravinin ötürməsindən sonra Edin Dzeko topu sinəsi ilə saxlayaraq vurduğu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.

20:07

Matçın 7-ci dəqiqəsində “Roma” futbolçuları künc zərbəsindən sonra hesabı açıblar. Lorenzo Pelleqrininin ötürməsindən sonra “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin səhvindən istifadə edən Kostas Manolas topu başla qapıdan keçirib – 0:1.Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası İtaliyanın “Roma” klubu ilə qarşılaşır.Azərtac xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.“Roma”nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxıblar.Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edir. Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək edirlər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirir. Matçın hakim-inspektoru israilli Haim Yakov, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdir.Bu oyun Azərbaycan futbolu tarixində ən çox biletin satıldığı qarşılaşmadır. Oyunla əlaqədar 67 mindən çox bilet satılıb.“C” qrupunun digər oyununda “Atletiko Madrid” klubu doğma meydanda “Çelsi” komandasını qəbul edəcək. Həmin matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Çelsi” ilə qarşılaşıb. Həmin görüş 0:6 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatıb. “Roma” isə doğma meydanda “Atletiko Madrid” ilə heç-heçə edib – 0:0.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02