“Qarabağ”-“Roma” oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq

7 Sentyabr 2017 11:51

Xəbər 1479 dəfə oxunub

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Qarabağ”-“Roma” (İtaliya) oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq.“Qarabağ” klubundan Azərtac-a bildirilib ki, biletlərin qiyməti 2-50 manat arasında dəyişir.Azarkeşlər biletləri “ASAN” Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.xeber100.com