İyulun 25-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.Belaruslu baş hakim Sergey Tsinkeviçin idarə etdiyi oyunun birinci hissəsi komandamızın üstünlüyü şəraitində keçsə də, futbolçularımız rəqib qapısına yol tapa bilməyiblər.İkinci hissəyə də Ağdam təmsilçisi daha fəal başlayıb. Ancaq birinci hissədə olduğu kimi, görüşün ssenarisi dəyişməyib. Futbolçularımız dəfələrlə rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsalar da, top çərçivədən keçməyib.Beləliklə, “Qarabağ”-“Şerif” görüşündə qalib müəyyənləşməyib – 0:0. Komandalar arasında cavab oyunu bir həftə sonra Moldovada təşkil olunacaq.Qeyd edək ki, turnirə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu Gürcüstanın “Samtredia” komandasını mübarizədən kənarlaşdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…