Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu bu gün səfərdə cavab oyununu keçirəcək.Azərtac xəbər verir ki, Ağdam təmsilçisi “Şerif Arena”da Moldovanın “Şerif” komandasının qonağı olacaq.Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roy Reynşreyber olacaq. Baş hakimə həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edəcəklər.Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.Tiraspol şəhərində keçiriləcək “Şerif” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Xatırladaq ki, komandalar arasında ilk oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib və matçda hesab açılmayıb.Qeyd edək ki, cavab oyununun əsas və əlavə vaxtında hesab açılmasa, qalib penaltilər seriyasında müəyyənləşəcək.“Qarabağ” səfərdə lazımi nəticəni əldə edəcəyi təqdirdə qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olacaq. Azərbaycan çempionu, eyni zamanda, son üç mövsümdə iştirak etdiyi UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…