“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq

29 Avqust 2019 19:09

Xəbər 849 dəfə oxunub

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Linfild” oyununun birinci hissəsi Ağdam təmsilçisinin üstünlüyü ilə başa çatıb – 1:0.Azərtac xəbər verir ki, birinci hissə “Qarabağ”ın çoxsaylı hücumları ilə yadda qalıb. Futbolçularımız 1:0 hesabını hissənin sonunadək qoruyub saxlaya biliblər.Xatırladaq ki, hələlik oyunda yeganə olan qolu 6-cı dəqiqədə rəqib qapısından Xayme Romeo keçirib. Oyun bu hesabla yekunlaşarsa, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.xeber100.com