Avrokuboklarda pley-off mərhələsinin ilk görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, bu dəfə Azərbaycanın aktivinə 0,375 xal yazılıb. Həmin xallardan 0,250-ni “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Şotlandiya “Aberdin”i üzərində 1:0 hesablı qələbə sayəsində əldə edib. 0,125 xalı isə “Neftçi” İsrailin “Makkabi” (Hayfa) komandası ilə 3:3 hesablı heç-heçədən sonra qazanıb.Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 1,875-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,500-ə çatıb. Əldə edilən xallarla irəli getmək mümkün olmasa da, 1 pillə geriləyən Sloveniya ilə xalları bərabərləşdirmək mümkün olub. Hazırda Sloveniya və Azərbaycan 29-30-cu yerləri bölüşürlər. 31-ci pillədəki Slovakiya 14,000 xala malikdir. Xalını 14,625-ə çatdıran Polşa isə 28-ci pilləyə yüksəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…