“Qarabağ” – “Viktoriya Plzen” matçının birinci hissəsi başa çatıb

17 Avqust 2022 19:24

Xəbər 352 dəfə oxunub

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam)- “Viktoriya Plzen” (Çexiya) matçının birinci hissəsi başa çatıb.Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunun ilk hissəsində hesab açılmayıb.Görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq.Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək.xeber100.com