Qaraciyəri təmizləyən və yenilənməsini təmin edən 8 qida

19 Aprel 2016 12:40

Xəbər 1433 dəfə oxunub

Qaraciyər insan orqanizminin vacib əhəmiyyət kəsb edən daxili orqanlarından biri, bəlkə də birincisidir. Orqanizmə dəyən zərər, sözsüz ki, qaraciyərə də ziyan vermədən keçmir. lent.az qaraciyəri təmizləyən və yenilənməsini təmin edən 8 qidadan bəhs edəcək.

Limon suyu

Hər gün qaraciyərinizi təmizləmək və həzmi artırmaq üçün ilıq su ilə limon suyu için. Bir stəkan limonlu ilıq su boş mədəyə içildikdə qaraciyərdəki toksinlərin sıradan çıxmasına kömək olur. Maddələr mübadiləsini yaxşılaşdırır, sağlam həzmi dəstəkləyir və qəbizliyin qarşısını alır.

Avokado

Avokado dünyada sağlamlıq və gözəllik üçün istifadə edilən meyvə kimi tanınır. Ən əsası qaraciyəri də qoruyur. Yaponiyada aparılan araşdırmalardan biri sübut edib ki, avokadonun qaraciyəri bir çox toksinlərdən qoruma gücünə malikdir.

Zərdəçal

Zərdəçal iltihabın qarşısını alan ədviyyatdır. Həm xərçəngin qarşısını alır, həm də qaraciyəri qoruyur. Bu ədviyyat qaraciyəri təmizləməklə yanaşı, maddələr mübadiləsini tənzimləyir.

Bol su için

Qaraciyəri təmizləmənin ən yaxşı yollarından biri gündə 6-8 stəkan su içməkdir. Bu, həmçinin böyrəklərin təmizlənməsinə və çəki azalmasına da kömək edir. Bədən hər zaman nəmli qalmalıdır, bunu təmin etmək üçün ən yaxşı yol isə bol su içməkdir. Su içməyin bir çox faydası var və su qaraciyəri təmizləmək üçün ən əhəmiyyətli yollardan biridir.

Termiki emal edilmiş yeməklərdən uzaq durun

Emal olunmuş un, şəkər və digər məhsullardan qaçın. Çünki qaraciyər bunları birbaşa yağa və xolesterola çevirir. Yağ qarın, qıç, kürək, ombalar və digər bölgələrdə toplana bilər. Yüksək dərəcəli triqliseridlər isə eyni zamanda ürək narahatlıqlarına da yol aça bilər.

Sarımsaq

Sarımsaq immunitet sistemini gücləndirir,  bədəni bakteriya və viruslara qarşı qoruyur. Sarımsaq həmçinin sulfid ehtiva edir. Bununla da qaraciyərin funksiyasına kömək olan fermentlərin istehsalında əvəzsiz vasitədir.

Brüssel kələmi

Brüssel kələminə bir çox qidalanma proqramında üstünlük verilir. Bununla yanaşı, sağlamlığa faydalı bir çox xüsusiyyətlərə də malikdir. Ehtiva etdiyi ən əhəmiyyətli maddə sulfidlərdir. Bu maddə bədəndən zərərli kimyəvi maddələrin və toksinlərin atılmasına kömək olar.

Yaşıl çay

Qaraciyəri təmizləmək üçün yaşıl çayın möcüzə bir bitki olduğu sübut edilib. Bundan başqa, spirtli içkilər kimi pis vərdişlərin yaratdığı fəsadlar, şişlər və hepatitdən  qorunmaq üçün möcüzədir. Tərkibindəki kateşin təbii olaraq xərçənglə mübarizə aparır və qaraciyərdə yığılan yağların həll edilməsinə kömək olur.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05