Bolqar mütəxəssis Stanimir Stoylov Qazaxıstan yığmasının yeni baş məşqçisi təyin edilib.“vesti.kz” saytı xəbər verir ki, bu barədə martın 1-də futbol üzrə Qazaxıstan yığmasının yeni baş məşqçisinin təqdim edilməsi mərasimində elan ediləcək.Qeyd edək ki, yanvarın 8-də “Astana” S.Stoylov ilə yeni sazişin imzalandığını açıqlayıb. Bolqar mütəxəssis “Astana” ilə birinci sazişini 2014-cü ilin iyununda imzalayıb. Sonra müqavilənin müddəti 2017-ci il dekabrın 31-dək uzadılıb.O, elə ilk mövsümdə komandaya çempion adı qazandırıb. Sonra həmin nəticəni daha üç dəfə təkrar edib. S.Stoylovun rəhbərliyi ilə “Astana” 2015-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə çatan ilk Qazaxıstan klubu olub.2016 və 2017-ci illərdə “Astana” Stoylov ilə birlikdə Avropa Liqasının qrup mərhələsində iştirak edib, bu mövsümdə isə futbol tarixində Avropa Liqasının dörddəbir finalında Qazaxıstanın ilk nümayəndəsi olub. Burada astanalıların rəqibi Lissabonun “Sportinq” klubu olub.Xatırladaq ki, Qazaxıstan yığmasının baş məşqçisi vəzifəsi yanvarın 22-də Aleksandr Borodyukun getməsindən sonra boş qalıb. Rusiyalı mütəxəssis Qazaxıstan yığması ilə bir ildən az müddət ərzində çalışıb. Milli komanda onun rəhbərliyi ilə keçirdiyi yeddi matçın altısında məğlub olub, birini heç-heçə başa çatdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…