Ukrayna Qeyri-Hökumət Təşkilatları Assosiasiyası faşist generalı Njde kimi tanınan Qaregin Ter Arutunyana Ermənistanın paytaxtı Yerevan şəhərində heykəl ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, bəyanatda Qaregin Njdenin faşist ordusu sıralarında fəaliyyəti barədə məlumat verilib və Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Njdeni Ermənistanın müstəqilliyi yolunda mübarizə aparan milli qəhrəman və vətənpərvər şəxs kimi təqdim edib. “Nasist ideologiyasını və Holokos faciəsini araşdıran professor Efraim Zurov “The Jerusalem Post” qəzetində Njdenin həqiqətən nasistlərlə əməkdaşlıq etdiyini, Krımda və Qafqazda erməni legionunun komandirlərindən biri olduğunu qeyd edib. O bildirib ki, nasistlərlə birgə II Dünya müharibəsinin gedişində kütləvi qırğınlarda iştirak edən Njdeyə heykəl qoyulmasını qınamalı, nasistlərlə əlbir olan və 3-cü reyxə kömək edənlərə qarşı çıxış etməliyik. Yerevanda Njdenin adını daşıyan prospekt, meydan, metro stansiyası və həmçinin Sunik rayonunda bir kənd mövcuddur. Bu da nasistlərə qarşı mübarizə aparan və həlak olan müharibə iştirakçılarının xatirəsinə təhqirdir”- deyə bəyanatda bildirilir. Bəyanatda Ukrayna Qeyri-Hökumət Təşkilatları Assosiasiyası nasist ideologiyasının təmsilçisi olan Njdenin erməni xalqının qəhrəmanı kimi təbliğ edilməsini pisləyib, eləcə də Ukrayna ictimaiyyətini bu məsələyə münasibət bildirməyə çağırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…