Türkiyədən Azərbaycana idxal olunan kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub.Milli.az bildirir ki, Şəmkir rayon sakini Röyal İsmayılov Türkiyədən toxumluq kartof məqsdilə ölkəyə 50 ton kartof gətirib. Məhsulda isə zərərverici aşkar olunub.Qida Təhlükəsizliyi Agentliyinin Şəmkir Regional bölməsinin Qida zəncirinə nəzarət sektorunun əməkdaşları kartoflardan nümunələr götürərək, laborator analizdən keçiriblər. “Kartof gövdə nematodu” aşkar edilən 50 ton məhsulun kimyəvi və bioloji mübarizəsi çətin aparıldığından məhv edilməsi qərara alınıb.Ölkəyə gətirilən toxumluq kartof Türkiyədə fitosanitar nəzarətdən keçmədiyi və sığortalanmadığı üçün sahibkara maddi ziyan dəyib.90-dan artıq bitkidə yaşaya bilən və populyasiyasını sürdürən “kartof gövdə nematodu” tempuratur yüksələn zaman təzahür edir. Bu da zərərvericinin Azərbaycan iqlimində yayılma riskini yüksəldir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…