Qılıncoynadanlar arasında keçirilən yarışa yekun vurulub

26 Oktyabr 2022 14:43

Xəbər 316 dəfə oxunub

Azərbaycan Qılıncoynatma Federasiyasının Texniki Universitetin İdman Sarayında yerləşən zallarında şpaqa və sablya növləri üzrə 14 yaşadək qızlar və oğlanlar arasında yarış keçirilib.Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, sablya yarışında U-10 yaş kateqoriyasında Jasmin Vəliyeva, Səid Sultanlı, U-12-də Sevinc Ağazadə, Amin Rəsulzadə, U-14-də Züleyxa Sultanlı, Abbas Hüseynov, şpaqa yarışında isə U-10-da Səlimə Səfibəyova, Qadir Musayev, U-12-də Aydan Atakişiyeva, Bəhram Əliyev, U-14-də isə Nuray Qədirova və Mirxətai Məmmədov birinci yerləri tutublar.Sonda qaliblər diplom və medallarla təltif olunublar.xeber100.com