Qılıncoynatma Federasiyasında ümumi yığıncaq keçirilib

29 Dekabr 2018 22:27

Xəbər 1078 dəfə oxunub

Azərbaycan Qılıncoynatma Federasiyasında (AQF) ilin idman yekunu ilə bağlı ümumi yığıncaq keçirilib.Trend-in məlumatına görə, kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən baş katib V.Məmmədov cari ildə qılıncoynadanlarımızın müxtəlif beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında, dünya kuboku kimi məsul yarışlarda iştirak etdiklərini, həmçinin mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlim-məşq toplanışlarına yollandığını bildirib.Vasif Məmmədov çıxışında növbəti ildə yerli məşqçilərlə yanaşı, beynəlxalq təcrübəyə malik mütəxəssislərin də federasiya ilə əməkdaşlığa cəlb olunacaqlarını deyib.İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək üçün hədəflər müəyyənləşdirilib.xeber100.com