Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib

20 Sentyabr 2017 14:16

Xəbər 992 dəfə oxunub

Sentyabrın 20-də Qılıncoynatma Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib.Azərtac xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında keçirilən tədbirdə qurumun rəhbər heyətinə seçkilər olub.Səsvermə nəticəsində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib.Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və müxtəlif idman qurumlarının rəhbərləri iştirak ediblər.Qeyd edək ki, Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının da prezidentidir.xeber100.com