Avqustun 17-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda Federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövrdə görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.Federasiyadan Azərtac-a bildiriblər ki, konfransda AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, icraiyyə komitəsinin yeni tərkibi təsdiqlənib. Federasiyanın prezidenti Nazim İbrahimov konfrans iştirakçılarının yekdil səsi ilə yenidən bu vəzifəyə seçilib.Sonra federasiyanın vitse-prezidenti, baş katibi və nəzarət-təftiş komissiyasının üzvləri seçilib.Federasiya rəhbəri yeni seçilmiş heyətə Azərbaycan Qılıncoynatma Federasiyasının qarşıdakı dövr üçün fəaliyyət planının, idmanın bu növü üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.Hesabat-seçki konfransında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, “Neftçi” İdman-Sağlamlıq Klubunun və digər idman qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…