Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub.Azərtac Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, turnirin 9-cu yarış günündə şpaqa üzrə gənclərin komanda yarışları keçirilib. Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət yığma komandamız mübarizəyə 1/32 finaldan başlayıb. Bu mərhələdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşan şpaqaçılarımız rəqibi 45:32 hesabı ilə məğlub edib. Kişi şpaqaçılarımız onaltıdabir finalda dünya birinciliyinin finalına kimi irəliləyən ABŞ yığması ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün sonunda şpaqaçılarımız turnirin reytinq favoritinə 43:45 hesabı ilə uduzub. Daha öncə isə Barat Quliyev yeniyetmə şpaqaçıların şəxsi yarışında qüvvəsini sınayıb. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran Barat pley-offda Rumıniya təmsilçisi Daniel Popa üzərində 15:13 hesabla qələbə qazanıb. Quliyev 1/32 finalda Sinqapur idmançısı Li Simon Renjie ilə qarşılaşıb. Görüş sinqapurlu şpaqaçının 15:13 hesablı qələbəsi ilə başa çatıb.Xatırladaq ki, komandamızın üzvlərindən şpaqaçımız Ruslan Həsənov gənclərin dünya birinciliyində yarımfinala yüksəlməklə bürünc medal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…