Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə…

15 Yanvar 2017 10:43

Xəbər 1166 dəfə oxunub

Yanvarın 14-də Azərbaycan Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə gənclər arasında sablya üzrə ölkə birinciliyi keçirilib.Azərtac xəbər verir ki, yarışın açılış mərasimində Federasiyanın vitse-prezidenti Y.Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Y.Hüseynov turnirin əhəmiyyətini yüksək qiymətləndirib.Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə oğlanların yarışında 12 nəfər mübarizə aparıb. Yekunda X.Əsədov qalib gələrək birinci yeri tutub.On bir idmançının gücünü sınadığı qızların yarışında isə Fatimə İbrahimova rəqiblərinə qalib gələrək çempion olub.Qaliblər Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və mükafatla təltif edilib.xeber100.com