Qılıncoynatma üzrə açıq Bakı çempionatı keçirilib

4 İyun 2018 13:09

Xəbər 555 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Azərbaycan Texniki Universitetinin idman zalında qılıncoynatma üzrə açıq Bakı çempionatı keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, yarışda şpaqa növü üzrə qadınlar arasında Ülkər Hümbətli, sablyada Sevinc Bünyatova, rapira növündə isə Elmira Xudaverdiyeva birinci olublar.Çempionatda kişilər arasında şpaqada Barat Quliyev, sablyada isə Cavanşir Ağakişiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.xeber100.com