Qılıncoynatma üzrə dünya çempionatı təşkil olunacaq

1 İyun 2018 13:14

Xəbər 778 dəfə oxunub

İyulun 19-dan 27-dək Çinin Usi şəhərində qılıncoynatma üzrə dünya çempionatı təşkil olunacaq. Mundialda Azərbaycan millisinin də iştirakı nəzərdə tutulub.Azərtac xəbər verir ki, çempionatda qılıncoynatmanın rapira, sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında 12 dəst medal sahibini tapacaq.İki mindən artıq qılıncoynadanın iştirak edəcəyi yarışa dünyanın titullu idmançılarının qatılacağı gözlənilir.İndiyədək Usi şəhəri atıcılıq üzrə dünya kuboku, beynəlxalq veloyürüş, gənclər arasında kamandan oxatma üzrə dünya çempionatı, həndbol üzrə beynəlxalq turnir və marafona ev sahibliyi edib.Usi bələdiyyəsinin idman bürosunun direktoru Janq Honq dünya çempionatının bu şəhərdə keçirilməsini böyük uğur kimi dəyərləndirib. Qeyd edib ki, Usi bir çox beynəlxalq idman yarışları və mədəni tədbirlərə ev sahibliyi edib. İlk dəfədir ki, belə irimiqyaslı turnirə ev sahibliyi edəcəyik. Bu, Usinin turizm potensialının təbliği istiqamətində uğurlu addım olacaq.Çinin Usi şəhəri 2015-ci ilin noyabrında Beynəlxalq Qılıncoynatma Federasiyasının iclasında dünya çempionatını keçirməyə ev sahibi seçilib. Belə ki, Usi səslərin 69-nu toplayaraq Yaponiyanın Fukuoka şəhərini üstələyib.Qılıncoynatma üzrə Olimpiya çempionu çinli Ley Şen ölkəsinin yenidən dünya çempionatına ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. “Son 10 ildir dünya çempionatlarında iştirak edirəm. 2016-cı il dünya çempionatı istisna olmaqla, yarışlar Avropada təşkil olunurdu. Sevindirici haldır ki, 10 ildən sonra Çin yenidən dünya çempionatına ev sahibliyi edəcək”, – deyə çinli qılıncoynadan əlavə edib.“London-2012” Yay Olimpiya Oyunlarının, Asiya Oyunlarının və dünya çempionatının ikiqat qalibi iyulda təşkil olunacaq mundiala ciddi hazırlaşdığını diqqətə çatdırıb.Qeyd edək ki, ötən il dünya çempionatına Almaniyanın Leypsiq şəhəri ev sahibliyi edib. Yarışda 14 ölkədən idmançılar mükafatçılar sırasında yer alıblar. Ən çox medalı İtaliya millisi qazanıb – 4 qızıl, 1 gümüş və 4 bürünc.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02