Qırğızıstanın koronavirusla bağlı Respublika Qərargahı pandemiya dövründə ikinci dəfə ölkənin bir sıra şəhər və rayonlarında fövqəladə hal rejimini bərpa etmək niyyətindədir.Azərtac xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Madamin Karatayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.Nazir müavini deyib ki, hazırda Çuy, Oş vilayətlərində, Bişkek və Oş şəhərlərində virusa yoluxanların sayı kəskin artıb, vəziyyət çox gərgindir və bu ərazilərdə fövqəladə hal rejiminin bərpa olunması zərurətə çevrilib. Bildirilib ki, son 24 saat ərzində ölkədə 228 nəfər virusa yoluxub və xəstələrin sayı 3954 nəfərə çatıb. Yeni yoluxanların 113-ü Bişkek şəhərində qeydə alınıb. Onların 19-u tibb işçisidir. Pandemiya dövründə ölənlərin sayı 43 nəfərə çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…