Aprelin 20-də Qırğızıstan parlamenti-Joqorku Keneşin növbədənkənar iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda 30-cu hökumətin proqramı, strukturu və tərkibi təsdiq olunub.Joqorku Keneş Prezident Aparatının rəhbəri Nuxammedkalıy Abılqazievi ölkənin Baş naziri vəzifəsinə təsdiq edib.Kubatbek Boronov Baş nazirin birinci müavini, Jeniş Razzakov, Zamirbek Askarov, Altınay Omurbekova Baş nazirin müavinləri vəzifələrini tutublar.Bundan başqa, hökumət aparatının rəhbəri, xarici işlər, daxili işlər, ədliyyə, maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, nəqliyyat və yollar, fövqəladə hallar, təhsil və elm, səhiyyə, mədəniyyət, informasiya və turizm, əmək və sosial inkişaf nazirləri də təsdiqlənib. Həmçinin milli təhlükəsizlik, müdafiə, sənaye, energetika və yeraltı sərvətlər, informasiya texnologiyaları və rabitə üzrə dövlət komitələrinin sədrləri təsdiq olunublar.Xatırladırıq ki, ölkə parlamenti aprelin 19-da hökumətə etimadsızlıq göstərmiş, dövlət başçısı Sooronbay Jeenbekov hökuməti tam tərkibdə istefaya göndərmişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…