Qırmızı düyü B qrupu vitaminləri ilə zəngindir

3 Aprel 2016 21:28

Xəbər 1628 dəfə oxunub

Qırmızı düyü digər düyülərin arasında ən faydalı sayılır. saglamolun.az bildirir ki, adətən istifadə etdiyimiz ağ düyü ilə (aş düyüsü) müqayisədə qırmızı düyü xüsusi emaldan keçmir ki, onun faydalı maddələrlə zəngin olan xarici qişası saxlanılır. Qırmızı düyü B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin, saçların, dırnaqların, dərinin sağlamlığı üçün olduqca vacibdir.

Maqneziumla zəngin olan qırmızı düyü əzələlərin (o cümlədən, ürək əzələsinin) tonusda olması üçün çox vacibdir. Həmçinin bu düyüdə ürəyin sağlamlığı üçün vacib olan digər maddə – kalium da var.

Qırmızı düyü kalsiumla da zəngindir. Kalsium sümüklərin, dişlərin möhkəmliyini təmin edir.

Qırmızı düyü antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmin qocalmasını sürətləndirən sərbəst radikallarla mübarizə aparır, orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərinin inkişafı riskini azaldır.

Qırmızı düyünün tərkibində olan və ona belə spesifik rəng bəxş edən “parasionid” maddələri dərinin vəziyyətinə çox müsbət təsir edir – elastikliyini artırır, qırışları azaldır, piqmentasiyanın qarşısını alır.

Qidalı liflərlə zəngin olan qırmızı düyü bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən ziyanlı maddələrin (şlaklar, toksinlər və s.) çıxmasını sürətləndirir, qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır.

Qırmızı düyü orqanizm tərəfindən yaxşı mənimsənilir. Həmçinin qırmızı düyü insanı uzun müddət ərzində tox saxlayır ki, bu da arıqlamaq istəyən insanlar üçün çox vacibdir.

Qırmızı düyü aşağı qlikemik indeksinə malikdir ki, şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qidalanmasına rahatlıqla daxil edə bilərlər.

Qırmızı düyünün tərkibində qlüten maddəsi yoxdur. Bir çox insanlarda qlütenə qarşı dözümsüzlük var. Bu maddə onların orqanizminə düşdükdə bağırsaqların xroniki iltihabına və müxtəlif ağır mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb olur. Qlüten əksər taxıl bitkilərinin (buğda, arpa, covdar, yulaf və s.) tərkibinə daxildir. Bu səbəbdən qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkənlər bu bitkilərin qəbulundan imtina etməlidir. Qırmızı düyünün bişirilmə müddəti ağ düyü ilə müqayisədə daha çoxdur. Faydalı olmaqla yanaşı qırmızı düyü çox xoş və qeyri-adi dada malikdir.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05