Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası kubok” beynəlxalq turniri start götürüb. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 15 idmançı iştirak edir. Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hamısı – 61 kq), Mahal Novruzov, Pənah İlyaslı, Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Zəlimxan Vəliyev (hamısı – 65 kq), Hacımurad Ömərov, Orxan Abbasov (hər ikisi – 70 kq), İsmayıl Abdullayev (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Umar İsrailov (125 kq) mübarizə aparırlar. Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edirlər. “Qitələrarası kubok” beynəlxalq turniri oktyabrın 16-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…