Mayın 23-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ikinci görüşündə Portuqaliya yığmasına qalib gələrək mötəbər turnirdə növbəti qələbəsini qazanıb.Azərtac xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.Türkiyəli baş hakim Saadettin Denerin idarə etdiyi görüşə daha fəal başlayan portuqaliyalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 26:24. Lakin ilk görüşdə olduğu kimi bu oyunda da yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:17, 25:14 və 25:17 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa vurub. Beləliklə, görüş voleybolçu qızlarımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “A” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk turda Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.Azərbaycan millisi növbəti oyununu mayın 26-da səfərdə Bolqarıstana qarşı keçirəcək.Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…