Qızıl Avropa Liqasının ilk turunun hakimləri müəyyənləşib

17 May 2018 12:01

Xəbər 748 dəfə oxunub

Qadın voleybolçulardan ibarət milli komandalar arasında Qızıl Avropa Liqasının ilk turunun hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, mayın 19-da Bakıda Ukrayna millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının oyununu yunanıstanlı Epaminondas Gerothodoros idarə edəcək. İkinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirəcək.Qeyd edək ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlayacaq.xeber100.com