Dekabrın 3-də Parisdəki “Şatle” teatrında FIFA və “France Football” jurnalı 2019-cu ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.Azərtac xəbər verir ki, “Qızıl top” mükafatına Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi layiq görülüb. O, səsvermə nəticəsində “Yuventus”un əsas qol silahı sayılan Kriştiano Ronaldunu və “Liverpul” komandasının müdafiəçisi Virgil van Deyki qabaqlayıb.Mərasimdə, həmçinin FIFA tərəfindən ən yaxşı qapıçı İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Beyker, ən yaxşı qadın futbolçusu ABŞ yığmasının yarımmüdafiəçisi Meqan Rapino, ən yaxşı gənc (20 yaşa qədər) futbolçusu adına isə Hollandiya millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mateas De Liqt layiq görülüb.“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər argentinalı Lionel Messi 6, portuqaliyalı Kriştiano Ronaldu 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüb.Xatırladaq ki, ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…