“France Football” nəşri 2017-ci il üçün “Qızıl top” mükafatının təqdim olunacağı tarixi açıqlayıb.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, mərasim dekabrın 7-də Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.“Qızıl top”a mükafatına namizəd 30 futbolçu bunlardır: Lionel Messi (“Barselona”, Argentina), Neymar (PSJ, Braziliya), Kriştianu Ronaldu (“Real Madrid”, Portuqaliya), Eden Azar (“Çelsi”, Belçika), Leonardo Bonuççi (“Milan”, İtaliya), İsko (“Real Madrid”, İspaniya), Kilian Mbappe (PSJ, Fransa), Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund, Qabon), Edinson Kavani (PSJ, Fransa), Toni Kroos (“Real Madrid”, Almaniya), Mats Hummels (“Bavariya”, Almaniya), Kərim Benzema (“Real Madrid”, Fransa), Antuan Qrizmann (“Atletiko”, Fransa), Canluici Buffon (“Yuventus”, İtaliya), Sadio Mane (“Liverpul”, Seneqal), Radamel Falkao (“Monako”, Kolumbiya), Kevin de Breyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), David de Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Ceko (“Roma”, Bosniya və Herseqovina), Luis Suares (“Barselona”, Uruqvay), Serxio Ramos (“Real Madrid”, İspaniya), Yan Oblak (“Atletiko”, Sloveniya), Filippe Koutinyo (“Liverpul”, Braziliya), Dris Martens (“Napoli”, Belçika), Luka Modriç (“Real Madrid”, Xorvatiya), Paulo Dibala (“Yuventus”, Argentina), Marselo (“Real Madrid”, Braziliya) və NQolo Kantedir (“Çelsi”, Fransa).Xatırladaq ki, ötən mövsüm “Qızıl top”a “Real Madrid”in futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Portuqaliyalı hücumçu FIFA versiyasına əsasən, 2017-ci ilin ən yaxşı oyunçusu seçilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…