Mayın 23-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Qloballaşan dünya və Azərbaycan” mövzusunda birinci respublika tələbə elmi konfransı keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin universitetdəki büstü önünə tər güllər düzüblər. BSU-nun rektoru, professor Asif Hacıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş universitetin regionda tutduğu unikal mövqedən, Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində BSU-da görülən işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasəti nəticəsində dinamik inkişaf edən Azərbaycan həqiqətlərinin, ölkədəki multikultural və tolerant mühitin dünyaya çatdırılması üçün BSU-da silsilə tədbirlər keçirilir. A.Hacıyev BSU-nun əməkdaşlıq etdiyi universitetlərdə fəaliyyət göstərən mərkəzlərdə ölkəmiz haqqında obyektiv məlumatın, Qarabağ həqiqətlərinin təbliği yönündə aparılan işlərdən, həyata keçirilən müştərək elmi layihələrdən də danışıb. Bugünkü konfransın da bu yöndə atılan addımlardan biri olduğu qeyd edilib. Rektor gənclərin qlobal mövzuya həsr olunan tədbirdə iştirakını yüksək dəyərləndirib, konfransın işinə uğurlar arzulayıb. Sonra konfrans işini “Heydər Əliyev və müasirlik”, “Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərin aktual problemləri”, “Azərbaycan multikulturalizmi”, “Azərbaycan tarixi, mədəniyyəti və təhsilin aktual problemləri”, “Tərcümənin aktual problemləri” və “Filologiyanın aktual problemləri” bölmələrində iclaslarla davam etdirib. Elmi-praktik konfransa ümumilikdə 139 tezis daxil olub. Mərasimdə BSU-nun tələbələri ilə yanaşı, bir sıra digər ali təhsil müəssisələrinin tələbələri, magistrləri, doktorantları, dissertantları, Polşa və Ukraynadan olan tələbələr iştirak edirlər. Sonda iştirakçılara sertifikat və konfrans materiallarının toplusu təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…