Qol güləşi üzrə respublika çempionatı keçirilib

11 Aprel 2017 12:29

Xəbər 839 dəfə oxunub

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi üzrə kişilər arasında respublika çempionatı keçirilib. Çempionatda 15 komanda və 100-dən çox idmançı gücünü sınayıb.Azərtac xəbər verir ki, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilən çempionatda Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun əməkdaşı, daxili xidmət leytenantı Rəşad Kəsəmənli 65 kiloqram çəki dərəcəsində gücünü sınayıb. İdmançı sol qolda rəqiblərinə üstün gələrək birinci yerə, sağ qolda isə üçüncü yerə layiq görülüb.Sonda idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev qalib idmançını təbrik edərək ona qiymətli hədiyyə təqdim edib.xeber100.com