“Qranada” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

5 Oktyabr 2016 11:15

Xəbər 1108 dəfə oxunub

İspaniyanın “Qranada” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Azərtac xəbər verir ki, La Liqa təmsilçisini Lukas Alkaras çalışdıracaq. Qırx doqquz yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, L.Alkaras son olaraq “Levante”də çalışıb.xeber100.com