Hövsan Olimpiya İdman Kompleksində pankration, qraplinq və MMA idman növləri üzrə açıq Bakı çempionatı və birinciliyi başa çatıb.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışa 300-dən çox atlet qatılıb.“Neftçi İdman Klubu”nun təmsilçiləri çempionatda aşkar üstünlükləri ilə seçiliblər və ümumilikdə yarışın 29 medalına (8 qızıl, 6 gümüş, 15 bürünc) sahib olublar.Qraplinq yarışlarında İmran Abbasquliyev (16-17 yaş, 58 kq), Coşqun Dəlişov (20 yaşdan yuxarı, 62 kq), Teymurşah Cəmaləddinov (20 yaşdan yuxarı, 71 kq) və Həzi Həsənov (20 yaşdan yuxarı, 92 kq) əzmlə mübarizə apararaq qalib adını qazanıblar.MMA idman növündə iyirmi yaşdan yuxarı idmançılar arasında Coşqun Dərişov (71 kq), Nemət Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) rəqib tanımayaraq liderliyə yüksəliblər.Pankrationçuların mübarizəsində isə Rasim Abdulrəhmanov (14-15 yaş, 73 kq) bütün döyüşlərdən qalib ayrılıb və paytaxt birinciliyinin qızıl medalına yiyələnib.“Neftçi İdman Klubu” ümumi komanda hesabında birinci yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…