Bakı İdman Sarayında kişilər və qadınlar arasında qraplinq və qraplinq-gi üzrə sayca 10-cu dünya çempionatı keçirilib. Otuz üç ölkədən 550 idmançının qatıldığı yarışda atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar kateqoriyalarında mübarizə aparıblar.Azərtac xəbər verir ki, çempionatda “Neftçi İdman Klubu”nun yetirmələrindən dördü medala sahib olub.Klubun idmançılarından 92 kiloqram çəkidə çıxış edən Həzi Həsənov veteranlar arasında dünya çempionu adına layiq görülüb. Əsgər Eldarov (92 kq) gənclər, Məhəmməd Papaqov (42 kq) və Rəvan İsgəndərli (85 kq) isə yeniyetmələr arasında üçüncü yeri tutublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…