Qriplə mübarizədə yeni strategiya hazırlanıb

12 Mart 2019 14:49

Xəbər 656 dəfə oxunub

Hər il 1 milyarda yaxın insan qripə yoluxur. 3-5 milyon insanda bu xəstəlik ağır formada keçir. Hazırda Dünya Səhiyyə Təşkilatında (DST) qripi qlobal miqyaslı pandemiyanın real təhlükəsi adlandırıb, bu təhlükəli virusun profilaktikası və müalicəsi üçün yeni strategiya təqdim ediblər.Azərtac Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir ki, yeni strategiya 2030-cu ilədək olan dövr üçün nəzərdə tutulub.DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu gün məsələ qrip pandemiyasının olacağında deyil, onun məhz nə vaxt başlamasındadır.“Qrip pandemiyası təhlükəsi daim mövcud olub. Həmçinin virusun heyvandan insana keçməsi riski də mövcuddur. Fikrimcə, pandemiya təhlükəsi tamamilə real ola bilər”, – deyə DST başçısı bildirib.Hər il qrip səbəbindən 290 mindən 650 min nəfərədək insan həyatla vidalaşır. Qloballaşma, urbanizasiya və əhalinin kütləvi şəkildə yerini dəyişməsi nəticədə növbəti pandemiyanın daha sürətlə yayılmasına gətirib çıxara bilər.11 illik strategiya təsiredici milli proqramları işlənib hazırlanmasını nəzərdə tutur və üç məqsədə nail olmağa yönəldilib: mövsümi qrip hallarının sayının azaldılması, virusun heyvandan insana ötürülməsi təhlükəsinin minimallaşdırılması və ehtimal olunan pandemiyanın nəticələrinin yüngülləşdirilməsi.DST-də Madaqaskarda 2002-ci ildə qrip virusunun yayılmasını xatırladıblar. O zaman xəstəliyə yoluxanların 2,5 faizi ölmüşdü. Buna qədər qripin ən təhlükəli pandemiyası 1918-1919-cu illərdə baş verib.DST başçısı qriplə mübarizədə sayıqlıq göstərilməsinə və lazımi vəsaitin ayrılmasına çağırıb.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05