Bu gün səhər saatlarında İranın quru qoşunları “Qüdrət-97” kod adı altında genişmiqyaslı təlimlərə başlayıb.Azərtac xəbər verir ki, təlimlərə 12 min əsgər cəlb edilib və müxtəlif manevrləri həyata keçirəcəklər. İranın quru qoşunlarının komandanı general Kiyumərs Heydəri mətbuata verdiyi açıqlamasında bildirib ki, təlimlərdə iranlı mütəxəssislər tərəfindən hazırlanmış vertolyotlar və yeni gecə görmə cihazları da sınaqdan çıxarılacaq. Bundan başqa təlimlərdə quru qoşunlarının istifadəsinə verilən pilotsuz ucan təyyarələrdən də istifadə ediləcək. Nəzərə çatdırılıb ki, pilotsuz ucan təyyarələr də tam olaraq milli istehsaldır.General onu da qeyd edib ki, İranın heç bir dövlətə qarşı iddiası yoxdur və heç kiminlə müharibə etmək istəyində deyil. Sadəcə olaraq İrana qarşı təhdidlər nəzərə alınıb və quru qoşunların döyüş hazırlığı yoxlanılır. Eyni zamanda, təlimlərdə yeni hərbi cihazlar da sınaqdan çıxarılacaq. General İran ordusunun dünyanın ən güclü ordularından olduğunu da diqqətə çatdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…