Quşburnu ilə immunitetinizi yüksəldin!
Gül familiyasından olan quşburnu da eynən gül kimi gövdəsi tikanlı bir ağacdır.
Bəzən boyu çox uzana da bilir.
Çiçəkləri yazda açmağa başlayır.
Yaz boyu üzərində çəhrayı çiçəkləri olur.
Bu açan çiçəklər yetişdiyində quşburnu adı verilən meyvələr əmələ gəlir.
Yabani gül olan quşburnu əslində bitkinin çəyirdəkləridir.
Quşburnu yüksək C vitamini istehsal edir.
İçində fenolik kimyavilər və karatenoidlər vardır.
Buna görə limondan 50 qat çox C vitamini istehsal edir.
C vitamini bədənimiz tərəfindən istehsal olunmayan, kənardan aldlğımız bir vitamindir.
C vitamini sayəsində immunitet sistemimiz güclənir.
Maddələr mübadiləsini artırır.
Buna görə də soyuq dəymə və qrip kimi xəstəliklərdən qorunmaq üçün quşburnu tükətməliyik.
Quşburnu hqqında aparılan son araşdırmalardan məlum olmuşdur ki, oynaq romatizmasına çox yaxşı təsir edir.
Quşburnunun tərkibində olan qama linoleik turşusu bir yağ növüdür.
Ümumiyyətlə zeytun yağı ilə eyni təsiri göstərir.
Buna görə də quşburnu dərini yeniləyir və yanıqlara yaxşı təsir edir. Dəri çatları, ekzema, yanıq və yaraların yaxşılaşması üçün quşburnu tərkibli kremlərdən istifadə etmək faydalıdır.
Quşburnu meyvəsi və toxumları qastritə və mədə pərdəsi iltihablarına çox yaxşı təsir edir.
Xüsusən, şəkər xəstələrinə, ishal xəstəliyi olanlara tövsiyyə olunur. Ağız, diş və baş, qulaq ağrılarını kəsməkdə faydalıdır.
Buna görə də quşburnunu meyvə suyu, çay və marmelat olaraq istifadə etmək olar.
Quşburnu qüvvətli bir kök quruluşuna sahibdir.
Ayrıca qırmızı rəngdə olan kök quruluşu sayəsində boya sənayesində istifadə olunur.
Quşburnundan tam yararlanmaq üçün çay dəmlənər- dəmlənməz gözlətmədən içmək lazımdır.
Çünki, C vitamini çox tez keyfiyyətini itirən bir vitamindir.
Bir yetkinin günlük C vitamini ehtiyacı 70-100 miliqrama yaxındır.
Bir stəkan isti suyun içində 6-7dənə quşburnu meyvəsini əlavə edərək qaynadıb içilməsi bu miqdarı qarşılaya bilər.
Ən çox C vitamini istehsal edən meyvələrdən biri olan quşburnunda yüksək miqdarda C vitamini ,B1, B2 və K vitaminlərəi ilə yanaşı zülal ,kaliyum, kalsiyum, mineral, maqneziyum, fosfor və meyvə turşuları da vardır.
Infeksiyalara , soyuqdəyməyə qarşı bədənin immunitet sistemini gücləndirir.
B vitamini ilə zəngin olduğu üçün sinir sisteminin böyüməsi və inkişaf etməsinə çox təsir edir.
Eyni zamanda istehsal etdiyi meyvə turşularının sayəsində qəbizliyə qarşı çox faydalıdır.
Quşburnu çayı qaynadılaraq deyil, dəmlənərək hazırlanmalıdır.
İki çay qaşığı üyüdülmüş quşburnunu bir böyük fincanda 15-20 dəqiqə qədər dəmləyərək istifadə edə bilərsiniz.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…