Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Rəsul Rzanın həyat və ədəbi irsini əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Rəsul Rzanın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, poeziyamıza gətirdiyi yeniliklərdən danışıb, şairin şəxsiyyəti və yaradıcılığı barədə maraqlı məqamlara toxunub.
Muzeyin elmi işçisi Ülviyyə Yusifova şairin ədəbi mühiti və sənət dostluqları barədə geniş məruzə ilə çıxış edib. O, şairin ədəbi əlaqələrinin yalnız yaradıcılıqla deyil, həm də mənəvi dostluqlarla zəngin olduğunu vurğulayıb. “Rəsul Rza ilə Abdulla Faruq arasında yaxın münasibət var idi. Rəsul Rzanı Abdulla Faruq ədəbiyyata təşviq edib, onun istedadına inam göstərib. Onların bu dostluğu uzun illər davam edib. Hər iki sənətkarı birləşdirən ortaq dəyərlər olub. Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan ustalıqla bəhrələnib. Onun poeziyasının nur saçan işığı bu gün də yolumuzu aydınlatmağa davam edir”,- deyə Ü.Yusifova əlavə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…