Bu il noyabrın 14-dən 16-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
UNEC-dən bildirilib ki, konfransın əsas məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək rəqəmsal iqtisadiyyat mövzusunda mövcud müasir trendlər ətrafında müzakirələr apararaq qarşıda duran vəzifələri müəyyən etməkdir.
Konfransda “Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi”, “Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar”, “Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi”, “Rəqəmsal iqtisadiyyat və ali təhsil sistemi: əsas tendensiyalar və maneələr”, “Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri”, “Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru”, “Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər”, “Enerjinin rəqəmsal transformasiyası” mövzuları müzakirə olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…