Rəsmi püşkatma mərasimi Bakıda keçiriləcək

12 Fevral 2016 15:20

Xəbər 1830 dəfə oxunub

Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatının stadionları rəsmən açıqlanıb. AFFA-nın verdiyi məlumata görə, mayın 21-dək davam edəcək çempionatın oyunları Bakı Olimpiya Stadionu, BakcellArena, Dalğa Arena və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.
Bu arenalarda ümumilikdə 31 oyun təşkil olunacaq. Çempionat UEFA və AFFA tərəfindən təşkil olunacaq. Rəsmi püşkatma mərasiminin aprelin 8-də Bakıda təşkil ediləcək.
Yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə 1980-ci il təşkil olunub. 2000-ci ilədək çempionat 16 yaşadək futbolçular arasında, 2001-ci ildən etibarən isə 17 yaşadək futbolçular arasında keçirilir. Müxtəlif illərdə Luiş Fiqu, Tyeri Anri, Ueyn Runi, KriştianuRonaldo, Mario Götze, Toni Krus və Jerar Pike kimi futbol ulduzları məhz bu çempionatda futbolçu karyeralarının ilk addımlarını atıblar. Bunu nəzərə alaraq, gələcəyin hansısa dünya miqyaslı futbol ulduzunun Azərbaycanda keçiriləcək çempionatda parlaması ehtimalı yüksəkdir.
2015-ci ildə çempionat Bolqarıstanda keçirilib və turnirin qalibi Fransa yığma komandası olub.
Qeyd edək ki, 2015-ci ilədək çempionat 8, 2015-ci ildən etibarən isə 16 komanda arasında keçirilir.xəbər100