Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi ilə əlaqədar Rusiya və İran arasında danışıqlar davam edir. Cari ilin sonuna kimi İran ilə Rusiya arasında yolunun tamamlanmasına sərmayə yatırılması haqqında müqavilə imzalanacaq.Bu barədə məlumatı İranın Yol və şəhərsalma nazirinin müavini Abbas Xətibi verib.
O bildirib ki, 160 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması üçün 1 milyard avro vəsait lazımdır. Bunu da İran ilə Rusiya sərmayə kimi yolun inşaasına yatıracaqlar.
Cari ilin may ayında İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılmasına dair anlaşma memorandumu imzalanıb. Müqaviləyə əsasən, Rusiya tikintiyə sərmayə yatırmalı, elektrik xətlərini çəkməli və bir sıra digər işləri həyata keçirməlidir.
Qeyd edək ki, Rəşt-Astara yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) dəmir yolunun bir hissəsidir. Yüklər Hindistan və Cənub Şərqi Asiyanın digər ölkələrindən İranın Çabahar və Bəndər Abbas limanlarına gətiriləcək. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu və Azərbaycandan tranzit keçməklə Rusiyaya, eləcə də əks istiqamətə daşınacaqxeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…