Tanınmış avar şair, yazıçı, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Rəsul Həmzətov – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub. Virtual sərgidə fotolar, Rəsul Həmzətovun müəllifi olduğu kitablar, həmçinin haqqında Azərbaycan və rus dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə olunan kitablar, ədibin əsərlərinə bəstələnmiş not məcmuələri, tərcümə etdiyi, eyni zamanda ön söz yazdığı kitablar və s. materiallar nümayiş olunur.
Qeyd edək ki, 1923-cü il sentyabrın 8-də Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açan Rəsul Həmzətovun ilk müəllimi atası olub. R.Həmzətov ilk şeirini 11 yaşında olarkən yazıb. O, orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1943-cü ildə ilk şeirlər toplusu olan “Sevgi məşəli və acı ədavət” çap edilib. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. 1947-ci ildə isə onun rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. R.Həmzətov Dağıstanın Xalq şairi, Sosialist Qəhrəmanı adlarına, eləcə də Lenin Mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos Mükafatına layiq görülüb. O, Dağıstan şairi olsa da, orada böyüyüb başa çatsa da, Azərbaycana çox bağlı olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…