İyunun 19-dan 23-dək Gürcüstanın Borjomi şəhərində “Rabitə və Kontent. Qafqaz 2017” beynəlxalq forumu keçiriləcək. Forum konvergensiya nəticəsində bir çox ümumi müzakirə mövzuları olan telekommunikasiya və media sahələrinə həsr ediləcək.İnformasiya Mərkəzindən Azərtac-a bildirilib ki, həmin beynəlxalq tədbirdə Azərbaycandan dövlət və aidiyyəti sahə təşkilatlarının, telekanalların, informasiya texnologiyaları şirkətlərinin və mobil rabitə daxil olmaqla telekommunikasiya operatorlarının nümayəndələrinin iştirakı gözlənilir.Forum zamanı biznes və sahə konvergensiyası, Qafqaz ölkələri, Mərkəzi və Şərqi Avropa və Qazaxıstanda həmin sahənin inkişafının hazırkı vəziyyəti və perspektivləri, həmçinin hökumət, sahə assosiasiyaları və biznesin qarşılıqlı əlaqələri müzakirə ediləcək. Ən böyük marağa səbəb olacaq mövzulardan biri də yeni xidmət və texnologiyaların praktiki tətbiqinə həsr ediləcək ki, onların da araşdırılması üçün telekom sənayesi liderlərinin müvafiq “biznes-keysləri” təqdim olunacaq. Həmçinin forum zamanı operator və mediaqrup/telekanalların münasibətləri də müzakirə olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…