Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin telekommunikasiya sahəsində apardığı islahatların nəticəsi olaraq, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) cari il sentyabrın 1-dən etibarən internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başlayır. Nazirlikdən Azərtac-a bildirilib ki, bundan sonra, BTRİB-in təqdim etdiyi internet və İPTV xidmətlərdən istifadə edən abunəçilərin debitor borcu yaranmayacaq. Belə ki, əvvəllər istifadəçilər göstərilən xidmətlərə görə sonradan ödəniş etdiyi üçün debitor borcu yaranırdı. Bəzi hallarda xidmətlərdən istifadə edən abunəçilər xidmət haqqını ödəməkdən yayınırdılar. Nəticədə abunəçiyə göstərilən xidmət dayandırılırdı. İndi isə, “öncədən ödəmə” sisteminin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alacaq və göstərilən xidmətdə fasilə yaranmayacaq. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya xidmət haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq. Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təqdim etdiyi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları üzrə onlayn və ödəmə terminalları vasitəsilə ödəniş etmək mümkündür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…