“RAGB-ın superkuboku” turniri keçirilib

21 Noyabr 2017 10:55

Xəbər 893 dəfə oxunub

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan Tələbə Klubunun təşkilatçılığı ilə futbol üzrə “RAGB-ın superkuboku” turniri keçirilib.RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev Azərtac-a bildirib ki, turnirdə 2010-cu ildən bəri “Heydər Əliyev Kuboku”nda qalib olmuş və mükafatçı komandalar – Moskva Dövlət Humanitar-İqtisad Universiteti, Moskva şəhər Pedaqoji Universiteti, Rusiya Dövlət Bədən Tərbiyəsi və İdman Universiteti, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ), Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin, həmçinin Ümumrusiya Azərbaycanlıları Konqresinin və RAGB-ın komandaları iştirak ediblər.Turnirin yekunlarına görə, üçüncü yeri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti, ikinci yeri Ümumrusiya Azərbaycanlıları Konqresinin komandası tutub. “RAGB-ın superkuboku”nu Rusiya Azərbaycanlı Gənclər Birliyinin komandası qazanıb.xeber100.com